Kurtua mövsümün startını buraxa bilər

12.07.2026

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Kurtua mövsümün startını buraxa bilər

"Real"ın qapıçısı Tibo Kurtua yeni mövsümün ilk matçlarını buraxmaq təhlükəsi ilə üzləşib.

QOL.az xəbər verir ki, "Defensa Central"ın məlumatına görə, buna səbəb qolkiperin Belçika millisinin heyətində DÇ-2026-nın 1/4 finalında İspaniyaya qarşı keçirilən oyunda aldığı zədədir. 

Onun bərpa müddətinin 4-8 həftə çəkəcəyini proqnozlaşdırır. İlkin ehtimallara əsasən, Kurtua sol ayağının bud nahiyəsini zədələyib. Dəqiq diaqnoz tibbi müayinədən sonra məlum olacaq.

Qeyd edək ki, proqnoz təsdiqlənərsə, Kurtua "Real"ın yeni mövsümdəki ilk oyunlarını buraxacaq. Bu halda Madrid təmsilçisinin qapısını mövsümün əvvəlində Andrey Lunin qoruyacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью