Kurtua Real Madriddə görmək istədiyi futbolçuları AÇIQLADI

06.12.2025

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İspaniyanın "Real Madrid" klubunun qapıçısı Tibo Kurtua hesab edir ki, komandası qış transfer mövsümündə iki yüksək səviyyəli oyunçu ilə müqavilə imzalamalıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.

33 yaşlı belçikalı fikirlərini klub rəhbərliyi ilə bölüşüb. O hesab edir ki, yeni oyunçular cəlb olunmasa, "madridlilər" mövsümün sonunda yenə eyni problemlə qarşılaşacaqlar.

T.Kurtuanın fikrincə, "Liverpul"dan İbrahim Konate və "Kristal Pelas"dan Mark Quehi "Real Madrid" üçün prioritet namizədlərdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью