Kurtua “Real”la yeni müqavilə imzalamayacaq

14.10.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

“Real”ın qapıçısı Tibo Kurtua klubla hazırkı müqaviləsini yeniləmək niyyətində deyil.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı futbolçu müqaviləsinin müddəti bitdikdən sonra ya Madriddən gedə bilər, ya da Səudiyyə Ərəbistanında hansısa klubla sonuncu, böyük müqavilə imzalaya bilər. Onun futbolçu karyerasına başladığı “Genk”ə qayıtması da nəzərdən keçirilir.
Madrid klubunun prezidenti Florentino Peresin isə Kurtuanın gedişindən sonra “bir nömrə”li postu tutmağa əsas namizəd kimi ukraynalı qolkiper Andrey Lunini nəzərdən keçirdiyi bildirilir. Lakin buna nail olmaq üçün Lunin Kurtuanın müqaviləsi başa çatana qədər əvəzedici kimi qalmalı olacaq və onun bu şansı gözləyəcək səbrinin olub-olmayacağını görmək lazımdır.
Klub üçün alternativ variant “Brayton”un oyunçusu Bart Verbruggendir. Artıq klub niderlandlı futbolçunu diqqətlə izləyir.
Kurtuanın “Real”la hazırkı müqaviləsi 2027-ci ilə qədərdir.

Kabo-Verde yığması ilk dəfə dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb Türkiyə - Gürcüstan matçının gəlirləri Fələstinə bağışlanacaq Torres Bolqarıstanla oyunda forma geyinməyəcək “Qarabağ”ın rəqibləri Arauxo ilə maraqlanır Manu Kone Fransaya qayıda bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью