Kurtua rekorda şərik oldu

12.03.2026

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Mançester Siti”ni məğlub edib – 3:0.

Futbolpress.az xəbər verir ki, “kral klubu”nun qapıçısı Tibo Kurtua ikinci qolda Federiko Valverdeyə məhsuldar ötürmə edib. Bu, belçikalı qolkiperin turnirdəki ikinci assisti olub.

Kurtua daha öncə Liqa mərhələsində “Kayrat”la görüşdə qol ötürməsi edib.

Belçikalı qapıçı Çempionlar Liqası tarixində bir mövsümdə iki məhsuldar ötürmə edən ikinci qapıçı olub. Digəri isə “Deportivo” klubunun sabiq qapıçısı Xose Fransisko Molindir. O, 2003/04 mövsümündə iki dəfə assist edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью