Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Kurtua yetirməsi olduğu kluba investor kimi qayıtdı
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Belçika millisinin və Madrid “Real”ının qapıçısı Tibo Kurtua peşəkar karyerasına başladığı “Genk” klubuna investor kimi qayıdıb.
QOL.az xəbər verir ki, bu barədə Belçika klubunun rəsmi saytı məlumat yayıb.
Kurtua NXTPLAY platforması vasitəsilə investisiya edib. Platformanın qərargahı Madriddə yerləşir. NXTPLAY idman, media və texnologiya layihələrinə investisiya yatırmaqla məşğul olur.
Qeyd edək ki, Kurtua “Genk”in akademiyasına 7 yaşında qoşulub və 2009-2011-ci illərdə klubun əsas komandasında çıxış edib.