Icma.az bildirir, Qol.az portalına istinadən.
“Real”ın qapıçısı Tibo Kurtua İspaniya klubu ilə yeni müqavilə imzalayacağını təsdiqləyib.
QOL.az xəbər verir ki, bu barədə belçikalı qolkiper “Leyptsiq”lə UEFA Çempionlar Liqası matçından (4:1) sonra “Madrid Universal”a açıqlamasında bildirib.
34 yaşlı qapıçının hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır. Tərəflər müqavilənin müddətinin uzadılması ilə bağlı razılığa gəliblər. Hazırda yalnız bəzi xırda detalların dəqiqləşdirilməsi qalıb.
“Sadəcə, bir neçə xırda detalı həll etmək lazımdır. “Real”da daha bir il qalacağım üçün çox sevinirəm”, – deyə Kurtua bildirib.
Qeyd edək ki, belçikalı qapıçı 2018-ci ilin yayından “Real”ın formasını geyinir. O, cari mövsümdə Madrid təmsilçisinin heyətində bütün turnirlərdə 12 oyuna çıxıb və qapısında 14 qol görüb.