Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Kurtuaya görə 3 ən yaxşı qapıçı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
"Real"ın qapıçısı Tibo Kurtua ən yaxşı hesab etdiyi üç qolkiperin adını açıqlayıb.
QOL.az xəbər verir ki, bu barədə COPE məlumat yayıb. 33 yaşlı belçikalı futbolçu özünü bu 3-lüyə daxil etməyib:
"Əlbəttə, mən ən yaxşılardanam. Amma hər kəsin öz zövqü var və hər kəs öz fikrini ifadə etməkdə azaddır. Siyahıya özümü daxil etmirəm. Yan Oblak bu mövsüm çox yüksək səviyyədə oynayır. Mən zədəli olsa da, Alisson Bekkeri çox bəyənirəm. David Rayanı da fərqləndirərdim".
Qeyd edək ki, sloveniyalı Oblak "Atletiko"nun formasını geyinir. Braziliyalı Bekker "Liverpul"da oynayır. İspaniyalı Raya isə "Arsenal"da çıxış edir.