Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş TRT-yə müsahibədə deyib.
O, Ankaranın diplomatik fəaliyyəti, müxtəlif dövlətlər arasında vasitəçilik səyləri, ölkədə keçirilən beynəlxalq sammitlər və regional proseslər barədə sualları cavablandırarkən Bakı-İrəvan münasibətlərinə də toxunub.
“Qafqazda Ermənistan və Azərbaycan arasında razılığa gəlmə prosesi artıq müəyyən bir mərhələyə çatıb. Allah nəsib etsin ki, burada da Türkiyənin iştirakı ilə Türkiyə, Ermənistan və Azərbaycan vahid mərkəz, vahid qüvvə təşkil etsinlər. Ankaranın konstruktiv mövqeyi bütün bunlara əhəmiyyətli töhfə verir”, - TBMM bildirib.
Mürtəza