Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2025-ci ilin yanvar-mart ayları ərzində Azərbaycanda 529 kiloqram nərə balığı kürüsü istehsal edilib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstəricinin həcmi 2024-cü ilin yanvar-mart ayları ilə müqayisədə 5.1 dəfə və ya 425.9 kiloqram çoxdur.
Milli.Az "Kaspi" qəzetində dərc olunan yazını təqdim edir: Belə ki, hesabat dövründə Azərbaycanda 103.1 kiloqram nərə balığının kürüsü istehsal edilib.
Bəs qara kürü istehsalı sahəsindəki potensialımız necədir? Gələcəkdə də artımı davam etdirmək mümkün olacaqmı?
Süni balıqartırma müəssisələrindəki işin nəticəsi Balıqçılar İttifaqının sədri Əfqan Əliyevin sözlərinə görə, artan statistik rəqəmlər təbii nərə balıqlarına aid deyil: "Söhbət Xəzərin təbii nərə balığı kürüsündən gedirsə, bu, müəmmalı rəqəmdir.
Çünki təbii kürü artımı bir ildə beş dəfə artırsa, deməli, nərə balıqlarının artımı da buna uyğun olmalıdır.
Bu rəqəm süni balıqartırma müəssisələrində qeydə alınıb". Ə.Əliyevin fikrincə, təbii istehsal üçün potensialımız olsa da, ondan istifadə etm