Kürü keçək?! 5 yarışına rekord sayda iştirakçı

06.08.2026

Apasport saytına istinadən Icma.az xəbər verir.

Avqustun 8-də Mingəçevirdə, Kür çayının sahilində "Kürü keçək?! 5" açıq suda üzmə yarışı keçiriləcək.
Apasport.az xəbər verir ki, layihə sağlam həyat tərzinin təşviqi, su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə təşkil edilir.  
"Kürü keçək?!" yarışı Mingəçevirdə artıq 5-ci dəfədir keçirilir.

2022-ci ildən etibarən keçirilən tədbirə maraq ildən-ilə artaraq bu il rekord həddə çatıb. Belə ki, 2026-cı ildə tədbirdə iştirak üçün 616 nəfər qeydiyyatdan keçib. Yarışın ən gənc iştirakçısı 12, ən yaşlı iştirakçısı isə 79 yaşındadır.
Bu il ilk dəfə olaraq yarış iki məsafə üzrə təşkil olunacaq – 350 metr və 1000 metr. İştirakçılardan 111 nəfər 1000 metr, 505 nəfər isə 350 metr məsafədə mübarizə aparacaq.
Yarış kişilər və qadınlar arasında 6 yaş kateqoriyası üzrə keçiriləcək: 12–17 yaş, 18–23 yaş, 24–35 yaş, 36–55 yaş, 56–70 yaş və 71 yaşdan yuxarı.
Qeyd edək ki, hər yaş kateqoriyası üzrə kişi və qadınlar arasında ilk üç yeri tutan iştirakçılar mükafatlandırılacaq.

Qazaxda Federasiya Kuboku keçirilib “Neftçi” yeni loqosunu təqdim edib Jurnalistlər arasında kamandan oxatma yarışı keçirilib - FOTO Zərdab, Ucar və Kürdəmirdə yeni "Sağlam məhəllə" idman zonaları istifadəyə verilib MOK-un nümayəndəsi Günay Əsgərova Birmingemdə IWG Qlobal Sammitində iştirak edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью