Kürün suyu 48 sm ARTIB

09.05.2025

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avtomat hidroloji stansiyaların mayın 9-u saat 10:00-a olan məlumatına əsasən bəzi çaylarda sululuq artıb.

Bu barədə Modern.az-a Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

Qeyd edilib ki, Böyük Qafqaz ərazisindən axan Katexçayda 7 sm, Kür çayının aşağı axınında Kür-Surrada 19 sm, Kür-Salyanda 42 sm, Kür-Şirvanda 48 sm, Kür-Bankədə 21 sm, Araz çayının aşağı axınında Araz-Novruzluda 17 sm, Araz çayının yuxarı axınında isə 19 sm artım qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью