Kürün suyu artıb | Icma.az
Icma.az, Ayna saytına istinadən bildirir. Çaylardakı vəziyyət açıqlanıb Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.
AYNA.AZ xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Qeyd olunub ki, avtomat hidroloji stansiyaların iyunun 8-i saat 10:00-a olan məlumatına əsasən Böyük Qafqaz ərazisindən axan Əyriçayda 43 sm, Qudiyalçay və Kiçik Qafqaz ərazisindən axan Əsrikçayda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Bərgüşadçayda 26 sm, Kür çayının aşağı axınında Kür-Zərdabda 5 sm, Kür-Surrada 10 sm, Kür-Bankə və Kür-Şirvanda 8 sm, Kür-Salyanda isə 23 sm artım qeydə alınıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu