Kürütökmə moratoriumunu pozan daha bir şəxs saxlanıldı

27.05.2025

Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Balıqların kürütökmə dövrü ilə bağlı ölkə ərazisindəki su hövzələrində tətbiq edilən moratoriuma əməl etməyən şəxs tutulub.

“Qafqazinfo” DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupuna istinadən xəbər verir ki, Lənkəran Xətt Polis Şöbəsinin keçirdiyi tədbirlərlə qanunsuz olaraq balıq ovu ilə məşğul olan R.Əsədov saxlanılıb. Ondan kustar üsulla hazırlanan və elektrik avadanlıqları quraşdırılan balıqovlama alətləri, eləcə də qanunsuz olaraq ovladığı 200-dən artıq müxtəlif növ balıq aşkarlanıb.

Bildirilib ki, qaydalara riayət etməyən, qanunsuz balıq ovu və brokonyerliklə məşğul olan şəxslərlə bağlı Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью