Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İstanbulun Fatih səmtində kuryerin ölümü ilə nəticələnən ağır cinayət törədilib. Balabanağa məhəlləsində baş verən hadisə zamanı özəl şirkətlərdən birində işləyən Qazaxıstan əsilli Arif İsmailov küçənin ortasında silahlı hücuma məruz qalıb.
Zeynep Kamil küçəsində hərəkətdə olan kuryerə naməlum şəxs tərəfindən atəş açılıb. Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan İsmailovun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, o, aldığı ağır yaralardan dünyasını dəyişib.
Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanları hadisə yerində müayinələr aparıb və qaçan şübhəlinin kimliyini müəyyən edərək saxlanılması üçün əməliyyat təşkil edib. Cinayət anı ərazidəki vətəndaşların mobil telefon kameraları tərəfindən də anbaan qeydə alınıb. Hazırda faktla bağlı təhqiqat davam edir.
İsmayıl
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Zeynep Kamil küçəsində hərəkətdə olan kuryerə naməlum şəxs tərəfindən atəş açılıb. Hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılan İsmailovun həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin bütün müdaxilələrinə baxmayaraq, o, aldığı ağır yaralardan dünyasını dəyişib.