Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb VİDEO AZƏRTAC

28.11.2024

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 28 noyabr, AZƏRTAC

Bakı şəhərinin müxtəlif ərazilərində silsilə dələduzluq cinayətləri qeydə alınıb. Özünü dövlət qurumlarından birinin əməkdaşı kimi təqdim edən şəxs onlayn yolla sifariş verilən qida və digər məhsulları ünvana çatdıran kuryerlərin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirib. O, bu yolla 10-dan çox şəxsə külli miqdarda maddi ziyan vurub. Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində cinayət əməllərini törədən 1991-ci il təvəllüdlü Elçin Məmmədov saxlanılıb. Onun üzərindən şəxsi istifadə üçün əldə etdiyi psixotrop maddə metamfetamin də aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

E. Məmmədovun dələduzluq əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə polisə məlumat verə bilərlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью