KURYOZ HADİSƏ: Bazara çıxarılan bu qoç görənləri TƏƏCCÜBLƏNDİRDİ KONKRET

05.06.2025

Konkret.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kağızmanda fəaliyyət göstərən qurbanlıq bazarında nadir hadisə yaşanıb.

KONKRET.az xəbər verir ki, vətəndaşlardan biri bazara dördbuynuzlu qoç gətirərək alıcıların diqqətini cəlb edib.

Fərqli görünüşü ilə seçilən heyvan bazarda həm satıcıların, həm də alıcıların marağına səbəb olub.

Gözlənilməz fiziki quruluşuna görə diqqət mərkəzinə düşən dördbuynuzlu qoç alıcılardan biri tərəfindən alınıb. Hadisə yerində olan vətəndaşlar bu cür qeyri-adi heyvanlarla nadir hallarda rastlaşdıqlarını bildiriblər.

Bayram öncəsi qurbanlıq bazarlarında canlanma müşahidə olunarkən, bu cür qeyri-adi hadisələr bazarın ən çox müzakirə edilən mövzularından birinə çevrilib.

Aynurə İsmayıl

KONKRET.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью