Kurzava özünə klub tapdı

13.02.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fransa millisinin və PSJ-nin sabiq futbolçusu Leven Kurzavanın yeni klubu bəlli olub.

QOL.az xəbər verir ki, ötən ilin yayından klubsuz olan 32 yaşlı müdafiəçi Portuqaliyada çıxış edəcək. O, "Boavişta"ya keçib.

Bu barədə yüksək liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Onunla bu ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, 9 il - 2015-2024-cü illərdə PSJ-də oynayan Kurzava "Monako" və "Fulhem"də də çıxış edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью