Xalqcebhesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Xalqcəbhəsi.az Türkiyənin “sabah.com.tr” saytına istinadən bildirir ki, Kuşadası körfəzinin Yunanıstan sərhədi yaxınlığında qanunsuz miqrant daşıyan qayıq batmaq təhlükəsi ilə üzləşib.
4 miqrant dənizə düşüb. Sahil Təhlükəsizlik qrupları bölgəyə sövq edilib.
Dənizə düşən 3 nəfərin cansız cəsədi tapılıb, 1 nəfərin vəziyyəti ağır olduğu bildirilib.
Qayıqda olan 29 nəfəri xəstəxanaya çatdırmaq üçün təcili yardım maşınları göndərilib. Xilas edilmiş miqrantlar xəstəxanaya çatdırılıb.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.