Kuşner: Aİ Ukrayna üzrə danışıqlar üçün vahid nümayəndə seçməlidir

26.11.2026

Icma.az bildirir, Apa.az portalına istinadən.

ABŞ-ın avropalı müttəfiqlərinin Ukrayna münaqişəsinin nizamlanması üzrə mümkün danışıqlarda iştirak etmək üçün vahid nümayəndə seçməsi daha məqsədəuyğun olardı.
Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.
“Düşünürəm ki, bir nümayəndənin olması ideal variant olardı. Lakin səkkiz nəfərdən ibarət qrupun iştirakı da mümkündür”, – deyə Kuşner qeyd edib.
O, həmin nümayəndənin kim olacağına dair qərarı özünün verməyəcəyini də vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью