Kuşner: Ən çətin məsələ ərazi olaraq qalır

13.09.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

ABŞ-ın xüsusi nümayəndəsi Cared Kuşner bildirib ki, Rusiya-Ukrayna müharibəsinin həlli ilə bağlı ən mürəkkəb məsələ ərazi məsələsidir. Onun sözlərinə görə, tərəflərin mövqeləri bu məsələdə hələ də ciddi şəkildə fərqlənir. Kuşner qeyd edib ki, müasir texnologiyalar döyüşlərin gedişinə o qədər güclü təsir göstərir ki, qarşıdurmanın nəticəsini əvvəlcədən proqnozlaşdırmaq mümkün deyil.

«Ərazi əsas məsələ olacaq və bu məsələdə tərəflərin mövqeləri hələ də fərqlənir. Lakin tərəflər ərazi məsələsində razılığa gəlməyə hazır olsalar belə, sazişin digər hissələrinin də formalaşdırılması lazımdır. Son 9 ay ərzində biz məhz bunun üzərində çalışmışıq», - Kuşner bildirib.

Onun sözlərinə görə, Ukrayna ərazilərindən imtina etmək niyyətində olmadığı üçün ABŞ tərəfləri müharibədən sülhə keçməyə həvəsləndirəcək “yaradıcı həll” axtarır. «Mən dərindən əminəm, Prezident Tramp da belə düşünür ki, müharibə başa çatarkən liderlərin qarşılarında can atacaqları bir məqsəd olmalıdır. Mən “piroqu böyütmək” prinsipinə inanıram. Hər iki ölkə müharibədən sonra sülhdən investisiyaların cəlb edilməsi, yeni iş yerlərinin yaradılması, maaşların və rifahın artırılması üçün necə istifadə edə biləcəkləri barədə düşünməlidir. Bu, cəmiyyəti sülh prosesinə cəlb edir və təhlükəsizliyin ən yaxşı təminatına çevrilir», - Kuşner deyib.

O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putin öz tələblərini artıq ortaya qoyub: «Əgər Ukrayna bu xəttə qədər geri çəkilmək istəsəydi, sazişin qalan hissəsi artıq hazır olardı. Ukrayna hazırda bunu etmək istəmir. Bizim vasitəçi kimi vəzifəmiz onun maraqlarını pozmayan və məqsədlərə çatmağa imkan verən yaradıcı həll tapmaqdir ki, Rusiya münaqişəni dayandırsın».

Kuşnerin sözlərinə görə, ABŞ Rusiya və Ukraynanı davamlı sülh sazişi bağlamağa təşviq edir. O hesab edir ki, sülh əldə olunacağı təqdirdə hər iki ölkənin “böyük potensialını üzə çıxarmaq” mümkün olacaq. «Bizim prioritetimiz budur: əgər buraya sülh gətirə bilsək, bu, hər iki ölkənin böyük potensialını üzə çıxaracaq».

S.ELAY

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью