525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Rusiya-Ukrayna münaqişənin nizamlanması ilə bağlı danışıqlar zamanı müzakirə edilən ən mürəkkəb mövzu ərazi məsələsi ilə bağlıdır”.
525.az xəbər verir ki, bunu ABŞ-ın xüsusi elçisi Cared Kuşner bildirib.
“Biz mürəkkəb məsələləri də müzakirə etdik. Ərazi məsələləri ən çətin olacaq. Lakin əminik ki, digər problemlərin həlli üzərində işlədikcə, hərtərəfli nizamlanmaya nail olacağıq”, - o, Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna arasında keçirilən danışıqların yekunlarına dair açıqlamasında deyib.
Pərvanə Sultanova