Kuşner İsrailə gedir: Qəzza planı

14.08.2026

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Qəzza planını müzakirə etmək üçün gələn həftə İsrail və Misirə səfər edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Tayms of İsrail” Sülh Şurasının rəsmisinə istinadla məlumat yayıb.

Onun sözlərinə görə, Kuşneri Sülh Şurasının yüksək səviyyəli nümayəndələri Nikolay Mladenov və Toni Bleyer müşayiət edəcəklər:

“İsraildə prezidentin tarixi 20 maddəlik Sülh Planını necə irəli aparmaq barədə konstruktiv danışıqları davam etdirəcəyik. ABŞ və İsrail yekun nəticə ilə bağlı razıdırlar və bu nəticə HƏMAS-ın silahsızlaşdırılmasıdır.

İrəli sürülən narahatlıqları dinləyəcək və növbəti addımları müzakirə edəcəyik. Əsas məsələ odur ki, hər ikimiz arzu olunan nəticə ilə razıyıq və irəliləyişi sürətləndirməyin yollarını tapırıq.

Qahirədə isə misirlilər və digər vasitəçilərlə görüşlər planlaşdırılıb. Yol xəritəsinin həyata keçirilməsi üzrə növbəti addımları konkretləşdirəcəyik”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью