Kuşner Putini “siyasətin qrossmeysteri” adlandırdı

26.11.2026

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

ABŞ-nin xüsusi nümayəndəsi Cared Kuşner Rusiya Prezidenti Vladimir Putini “siyasətin qrossmeysteri” və tarixi şəxsiyyət kimi xarakterizə edib.
Bizim.Media xəbər verir ki, bu barədə Kuşner Almaniyanın “Axel Springer SE” media konserninin rəhbəri Matias Döpfnerə müsahibəsində bildirib.
 

“Prezident Putin çox sistemli insandır. O, şübhəsiz ki, siyasətin qrossmeysteridir, tarixi şəxsiyyətdir. Həmişə çox yaxşı hazırlaşır, olduqca düşüncəli davranır, söhbət zamanı çoxlu qeydlər aparır, daha sonra mövqeyini konkret şəkildə ifadə edir. 


Müzakirə olunan məsələlərin mahiyyətini çox dərindən anladığı açıq-aydın görünür”, – Trampın kürəkəni deyib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью