Kuşner Putini “tarixi şəxsiyyət” adlandırıb

25.11.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner Rusiya Prezidenti Vladimir Putini tarixi şəxsiyyət kimi xarakterizə edib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS media holdinqi “Axel Springer”in rəhbəri Matias Döpfnerin podkastına istinadən məlumat yayıb.

Kuşner Putinin siyasi fəaliyyətini qiymətləndirərkən onunla razılaşmağın və ya razılaşmamağın mümkün olduğunu, lakin Rusiya liderinin siyasətdə xüsusi məharətə malik olduğunu bildirib.

“Onun etdiklərini bəyənmək də, rədd etmək də olar, amma o, şübhəsiz ki, siyasətin qrossmeysteridir. O, tarixi şəxsiyyətdir”, – Kuşner vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Vladimir Putinlə münasibətlərini yüksək qiymətləndirib.

“Putinlə fantastik münasibətlərim olduğunu düşünürəm. Hər şey çox yaxşıdır”, – Tramp bildirib.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью