Kuşner: Qəzzanın yenidən qurulmasına 40 milyard dollardan artıq vəsait xərclənəcək

22.01.2026

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Qəzza zolağının bərpası və sosial-iqtisadi inkişafı məqsədilə 40 milyard ABŞ dollarını aşan investisiya paketi nəzərdə tutulur.

BAKU.WS xəbər verir ki, bu barədə amerikalı iş adamı, eyni zamanda ABŞ Prezidentinin kürəkəni Cared Kuşner "Sülh Şurasının Nizamnaməsi"nin imzalanması mərasimində çıxışı zamanı təqdim etdiyi plan çərçivəsində danışıb.

Kuşnerin təqdim etdiyi bərpa konsepsiyasında Qəzzada yeni iş yerlərinin yaradılması, əsas infrastruktur layihələrinin həyata keçirilməsi və bölgə iqtisadiyyatının yenidən canlandırılması üçün genişmiqyaslı maliyyə yatırımlarının nəzərdə tutulduğu qeyd olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью