Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 6 noyabr, AZƏRTAC
ABŞ administrasiyası Ukrayna münaqişəsinin həlli ilə bağlı Rusiya, ABŞ və Ukrayna arasında nəzərdə tutulan üçtərəfli danışıqların gələcəkdə Avropa ölkələrinin iştirakı ilə genişləndirilməsini mümkün hesab edir.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Prezidentini xüsusi nümayəndəsi Cared Kuşner “X” sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazırlıq zamanı Avropa tərəfdaşları ilə yaxından məsləhətləşəcək. İrəliləyiş əldə olunacağı təqdirdə, daha geniş çoxtərəfli formatın yaradılması nəzərdən keçiriləcək.
Kuşner vurğulayıb ki, danışıqlar üçün düzgün formatın müəyyənləşdirilməsi müharibəyə son qoyulması və davamlı sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə üçtərəfli danışıqların noyabrın 10-11-də Əbu-Dabidə keçirilməsi planlaşdırılır. ABŞ-ni danışıqlarda Cared Kuşner və Prezidentin xüsusi elçisi Stiv Uitkoffun təmsil edəcəyi gözlənilir.