Kuşner: Ukrayna münaqişəsini bitirmək üçün əlimizdən gələni edəcəyik

07.09.2026

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkov Moskvaya səfəri zamanı Ukrayna münaqişəsinin həlli ilə bağlı yeni ideyaların dinlənildiyini və danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini bildirib.

Məlumatı RBK verib.

“Düşünürəm ki, Moskvada böyük irəliləyiş əldə etdik, yeni ideyalar eşitdik”, - deyə o, Kiyevdə keçirilən mətbuat konfransında bildirib.

O, həmçinin son iki günün konstruktiv işinin Moskva ilə Kiyevin mövqeləri arasında yaxınlaşmanın başlanğıcı olacağına ümid etdiyini bildirib.

Cared Kuşner isə Ukrayna danışıqlarının uğur qazanacağına zəmanət verə bilməyəcəyini, lakin Trampın adından münaqişəyə son qoymaq üçün səylərini davam etdirəcəklərinə söz verdiyini bildirib.Qeyd edib ki, amerikalı danışıqçılar Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün əllərindən gələni edəcəklər.

Bu açıqlamanı o, Kiyevdə Ukrayna hakimiyyəti ilə danışıqlardan sonra mətbuat konfransında verib: “Uğura zəmanət verə bilmərəm, amma sizə və Ukraynadakı, hətta Rusiyadakı hər kəsə Prezident Tramp adından söz verə biləcəyim odur ki, Stiv və mən Prezident Trampın vəzifəyə gəlməsindən əvvəl yaranmış qarışıqlıqdan çıxış yolu tapmaq üçün əlimizdən gələni edəcəyik”.

P.ƏMİRCANOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью