Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ Prezidentinin kürəkəni Cared Kuşner bazar ertəsi günü Stiv Uitkoffla birlikdə Rusiya prezidentinin köməkçisi Yuri Uşakovla danışıqlar apardıqlarını açıqlayıb.
Axar.az xəbər verir ki, C.Kuşner bu barədə X platformasında yazıb.
Tərəflər Ukrayna münaqişəsinin həllində irəliləyişləri və sülh prosesi ilə bağlı növbəti addımları müzakirə ediblər.
Onun sözlərinə görə, davamlı fikir ayrılıqlarına baxmayaraq, sülh prosesini irəli aparan konstruktiv təkliflər pərdəarxası danışıqlardan irəli gəlir:
"İctimai müzakirələrin böyük bir hissəsi tərəflər arasındakı fikir ayrılıqlarına yönəlsə də, pərdəarxası ciddi müzakirələrdən müsbət və konstruktiv fikirlərin ortaya çıxdığını görməyə davam edirik”.