Kuşnerdən Putinə Kremldə sərt sözlər Sensasiya

18.09.2026

Icma.az bildirir, Axar.az portalına istinadən.

Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən görüş zamanı amerikalı nümayəndə heyətinə rus ordusunun Donbası bir neçə ay ərzində ələ keçirəcəyini söyləyib, lakin Cared Kuşner onunla razılaşmayıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” məlumat yayıb.

Nəşrin məlumatına görə, sentyabrın əvvəllərində ABŞ Prezidenti Donald Trampın nümayəndələri Kremldə Putinlə görüşərkən Rusiya prezidenti özündən əminlik nümayiş etdirib:

“Putin bildirib ki, bir neçə ay ərzində Rusiya qoşunları bütün Donbası ələ keçirəcək. Putin həmçinin Rusiyanın Ukraynanın enerji sisteminə güclü zərbələr endirməyə və bununla da sərt qış şəraiti yaratmağa hazır olduğunu deyib. Lakin Cared Kuşner Putinlə razılaşmayıb: “Amma siz bizə eyni şeyi bir il əvvəl də demişdiniz. Bir ildən sonra yenidən bura gəldiyimizdə eyni sözləri təkrar eşitməyimiz nə dərəcədə mümkündür? Bəlkə də növbəti bir ili boşa verməməliyik?”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью