Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın kürəkəni və xüsusi nümayəndəsi Cared Kuşner onu Ukrayna Prezidenti Volodimir Zelenskiyə qarşı sərt mövqeyindən çəkindirməyə çalışdığını bildirib.
Turkustan.az xəbər verir ki, “New York Magazine” jurnalına müsahibə verən Kuşner Zelenskinin mövqeyini anladığını, lakin Ukraynanın müharibəyə son qoymaq üçün danışıqlar prosesini açıq şəkildə aparmasının əks nəticə verdiyini söyləyib.
O bildirib ki, maksimum tələbləri əks etdirən bəyanatların mətbuata sızdırılması tərəflərin real danışıqlar mövqelərinə və ya yekun nəticəyə ciddi təsir göstərməyib.
Rusiya-Ukrayna müharibəsini mümkün olan bütün vasitələrlə başa çatdırmağa çalışdığını və Ukraynanın maraqlarını nəzərə alaraq hərəkət etdiyini vurğulayan Kuşner, Trampın Zelenskiyə yönəlmiş sərt tənqidlərini dayandırmasına nail olmaq üçün səy göstərdiyini qeyd edib.
Aytən Yaşar/Turkustan.az