Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidentinin xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff Rusiya prezidenti Vladimir Putinlə görüşmək üçün sabah Moskvaya səfər edəcəklər.
Modern.az xəbər verir ki, bunu Cared Kuşner Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətlərinin iştirakı ilə keçirilən üçtərəfli danışıqların yekunlarına dair açıqlamasında bildirib.
“Sabah Stivlə birlikdə Moskvaya yola düşməyi və prezident Putinlə görüşməyi planlaşdırırıq. Bu gün müzakirə etdiyimiz məsələləri onunla da müzakirə etmək və bəzi mövzularda daha böyük irəliləyişə nail olmağa çalışmaq niyyətindəyik. Çünki bu məsələlərdə müəyyən imkanlar görürük”, – deyə Kuşner qeyd edib.
Qeyd edək ki, Cared Kuşner və Stiv Uitkoff ABŞ prezidentinin nümayəndələri kimi Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlarda iştirak ediblər.
Xatırladaq ki, Rusiya, ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar noyabrın 10-11-də Əbu-Dabidə baş tutub. Danışıqlar qrupunun nümayəndələrindən birinin sözlərinə görə, görüşdə yeni kontinental təhlükəsizlik sisteminin formalaşdırılmasının əsas aspektləri müzakirə olunub. Ukrayna münaqişəsinin nizamlanması isə genişmiqyaslı müzakirələrin istiqamətlərindən biri olub.