Icma.az, Axsham.az portalına istinadən məlumat verir.
Əməkdar artist Lalə Məmmədova və stilist Elnur Həsənov ötən gün bir araya gəlib.
Axşam.az xəbər verir ki, uzun müddətdir küsülü olduğu deyilən müğənni və stilist aralarında heç bir inciklik olmadığını göstəriblər.
Xalq artisti Tünzalə Ağayevanın ad günündə görüşən L.Məmmədova və Elnur birlikdə çəkdirdikləri fotonu instaqramda paylaşıblar.
Qeyd edək ki, bir müddət birlikdə çalışan məşhurlar son günlər işbirliyinə son qoyublar. Bu isə onların küsülü olduğu iddialarını gücləndirib.