Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Devid Kut növbəti dəfə cəzalanıb.
"Football-plus.az" xəbər verir ki, ona UEFA da sanksiya verib.
Qitə futbol qurumu ingiltərəli hakimə öz bayrağı altında keçirilən oyunlarda müvəqqəti fəaliyyət qadağası qoyub.
Qadağa ilkin olaraq 2026-cı ilin yayına qədər tətbiq olunacaq. Bu sanksiyaya Kutun ölkəsində futbolun imicinə zərbə vuran ləyaqətli davranış qaydalarını pozması rəvac verib.
Bir müddət əvvəl onun İngiltərədaxili turnirlərə təyinat alması yasaqlanmışdı. Buna isə Kuta bənzəyən şəxsin “Liverpul”un sabiq baş məşqçisi Yürgen Kloppun ünvanına təhqiramiz ifadələr səsləndirdiyi videoyazının yayılması səbəb olmuşdu.