Kütləvi iğtişaşlara görə axtarılan Azərbaycanda tutuldu

12.12.2024

Icma.az, Lent az portalına istinadən məlumat verir.

Rusiyanın Sverdlovsk vilayətində məhkəmədən qaçaraq 10 ildir federal axtarışda olan yerli sakin Azərbaycanda saxlanılıb.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, Astara rayonunda 59 yaşlı kişi Azərbaycanın cinayət axtarış idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

O, əvvəllər Yekaterinburqda yaşayıb. 2014-cü ildə həmin şəhərdə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 212-ci (Kütləvi iğtişaşlar) maddəsi ilə ittiham olunsa da, məhkəmədən gizlənib.

Hələlik təqsirləndirilən şəxs Azərbaycanda ev dustaqlığına buraxılıb.

Hazırda onun ekstradisiyası məsələsi həll edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью