Kütləvi xizək sürmə: Astanada qış idman mövsümü başlayıb AZƏRTAC

03.12.2024

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Astana, 3 dekabr, AZƏRTAC

Bu il Qazaxıstanın paytaxtında qış tez gəlib və şəhər əhalisi qış idman növləri ilə məşğul olmağa başlayıb.

AZƏRTAC şəhər rəhbərliyinə istinadla xəbər verir ki, noyabr ayının ortalarında “Alau” buz meydançasında konkisürmə mövsümünə rəsmi start verilib, noyabrın 30-da isə Mərkəzi Parkda ilk xizək səfərləri baş tutub. Burada hər kəsin iştirak etmək üçün imkanı olub: çoxları öz xizəkləri ilə gəlib, yeni başlayanlar isə avadanlığı icarəyə götürüb.

İstirahət günlərində aktiv istirahət və sağlam həyat tərzini sevənlər arasında xizəksürmə yarışları təşkil olunacaq.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью