Kütləvi zəhərlənmədən sonra internat məktəbi 60 gün müddətinə bağlanıb

31.10.2026

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Almatıda (Qazaxıstan) Respublika fizika-riyaziyyat məktəbinin yeməkxanası və internat məktəbi şagirdlərin kütləvi zəhərlənməsindən sonra 60 gün müddətinə bağlanıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Qazaxıstan mediası Almatı sanitariya-epidemioloji nəzarət departamentinə istinadən məlumat yayıb.

Laborator tədqiqatlar bəzi qida nümunələrində dezinfeksiya qaydalarının pozulmasını aşkar edib. Qida blokunun dörd əməkdaşı işdən kənarlaşdırılıblar. Xəstəxanaya yerləşdirilən 58 nəfərin hamısı qənaətbəxş vəziyyətdə evə buraxılıb.

Məktəbdə və yeməkxanada yekun dezinfeksiya işləri aparılıb.

Faktla bağlı araşdırma davam edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью