Kütləvi zəhərlənmələr nəticəsində ölənlərin sayı artıb

21.11.2024

Operativ MM saytına istinadən Icma.az xəbər verir.

Cənubi Afrikada kütləvi zəhərlənmələr başlayandan bəri 23 uşaq ölüb.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istiinadən xəbər verir ki, Cənubi Afrika Prezidenti Siril Ramafosa qida zəhərlənməsi hallarının artması və ilk növbədə uşaqlarla məktəblilər arasında baş verən ölüm halları ilə bağlı xalqa müraciət edib. 

Onun sözlərinə görə, hakimiyyət ölkədə uşaqları zəhərləmək üçün qəsdən kampaniya aparıldığına dair heç bir sübut tapmayıb. Dövlət başçısı Cənubi Afrikada “spaza” kimi tanınan, uşaqların zəhərlənməsinə səbəb olan ərzaqların satıldığı bütün mağazalara baxış keçirilməsini tapşırıb. 

Qeyd edək ki, bu mağazalar şəhərin ən kasıb yerlərində yerləşir və hər şeyi endirimli qiymətlərlə satırlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью