Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Küveytin hava hücumundan müdafiə (HHM) sistemləri pilotsuz uçuş aparatları (PUA) ilə həyata keçirilən hücumun qarşısını alır.
XQ xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bəyanatda bildirilir ki, Küveytin HHM qüvvələri İran tərəfindən idarə olunduğu iddia edilən pilotsuz uçuş aparatlarının hava hücumunu uğurla dəf edir.
Baş Qərargah paytaxt və digər ərazilərdə eşidilən partlayış səslərinin HHM sistemlərinin aktiv fəaliyyəti ilə əlaqədar olduğunu vurğulayıb. Həmçinin rəsmi qurumlar vətəndaşları təhlükəsizlik qaydalarına və aidiyyəti orqanların göstərişlərinə ciddi şəkildə əməl etməyə çağırıb.