Küveyt İrana nota verdi

27.11.2026

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Küveyt Xarici İşlər Nazirliyi İranın bu ölkədəki səfiri Tutuncini nazirliyə çağıraraq ona etiraz notası təqdim edib.
Bizim.Media xəbər verir ki, buna səbəb Küveyt ərazisinə davam edən hücumlar olub. Son insident isə ötən gün ölkənin mühüm obyektlərindən birinə edilən hücumla bağlıdır.
Küveyt xarici işlər nazirinin müavini Əl-Məşaan hücumları pisləyib və baş verənlərə, eləcə də onların nəticələrinə görə İranı məsuliyyət daşımaqda ittiham edib.
O, həmçinin bildirib ki, Küveyt BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququnu özündə saxlayır.
Nazir müavini ölkənin suverenliyini, vətəndaşlarının və sakinlərinin təhlükəsizliyini qorumaq üçün bütün zəruri tədbirləri görməyə hazır olduğunu vurğulayıb.
Bizim.Media 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью