Küveyt neft hasilatını artırmağa başlayıb

18.06.2026

Banco.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Müəllif: Tamara Mustafayeva, Banco.az

Küveyt neft hasilatını artırmağa başlayıb.

Banco.az xəbər verir ki, “Kuwait Petroleum Corp.”un baş icraçı direktoru Şeyx Nəvaf Əl-Sabah verdiyi müsahibədə bildirib ki, ölkənin zərər görmüş enerji infrastrukturunda bərpa işləri sürətlə davam edir və neft hasilatını ilkin proqnozlardan daha tez müharibədən əvvəlki səviyyəyə çatdırmaq mümkün olacaq.

Müharibə dövründə neft yataqlarının hədəfə alınması və Hörmüz boğazının bağlanması nəticəsində mühüm nəqliyyat marşrutlarından birinin fəaliyyətinin dayanması ölkənin neft hasilatına ciddi təsir göstərmişdi. Bu səbəbdən gündəlik hasilat həcmi 500 min barrelədək geriləmişdi.

Şeyx Nəvaf Əl-Sabah həmçinin qeyd edib ki, müharibə zamanı elan edilmiş bütün fors-major bildirişləri “dərhal qüvvəyə minəcək şəkildə” ləğv ediləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью