Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Qahirə, 18 iyun, AZƏRTAC
Küveyt Neft Korporasiyası neft istehsalını bir həftə ərzində iki milyona çatdıracağını bildirib. Qeyd olunub ki, bu, Hörmüz boğazının yenidən açılması və qlobal yükdaşımanın bərpası ilə paralel baş verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə Küveyt Dövlət Kommunikasiya Mərkəzi sosial şəbəkə hesabında yazıb.
Qeyd edilib ki, müharibə dövründə elan olunmuş bütün fors-major halları aradan qaldırılıb. Zərər görmüş infrastrukturun təmiri istehsal həcmini qısa vaxt ərzində əvvəlki səviyyəyə çatdırmağa imkan verəcək.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə