Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Qahirə, 3 oktyabr, AZƏRTAC
Küveyt Neft Şirkəti mülkiyyətində olan boru kəmərləri şəbəkəsinin bir hissəsinin icarəyə verilməsi prosesində JPMorgan bankının məsləhət xidmətlərindən yararlanmağı planlaşdırır.
AZƏRTAC “əl-Cəridə” qəzetinə istinadla xəbər verir ki, şirkət imzalayacağı müqavilə ilə öz investisiya planını maliyyələşdirmək üçün 7 milyard dollara qədər vəsait toplamağı hədəfləyir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə