Küveyt və Bəhreyndəki ABŞ bazaları vuruldu

11.06.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveyt və Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə qarşı genişmiqyaslı əməliyyat həyata keçirdiyini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, SEPAH-ın məlumatına görə, çərşənbə günü iki dalğa şəklində həyata keçirilən zərbələr nəticəsində Küveytdəki “Əli Əs-Salem” və “Əhməd Əl-Cabir” hava bazaları, eləcə də, Bəhreyndəki “Şeyx İsa” hava bazasında yerləşən ümumilikdə 18 “mühüm ABŞ hərbi hədəfi” vurulub.

Qeyd olunur ki, əməliyyatlar ABŞ-nin İranın cənub bölgələrinə, o cümlədən, Bəndər Abbas ətrafına endirdiyi zərbələrə cavab olaraq Aerokosmik Qüvvələr və Hərbi Dəniz Qüvvələri tərəfindən həyata keçirilib. Məlumata görə, hədəflər tamamilə məhv edilib.

Bölgədəki hadisələr fonunda Bəhreyn Daxili İşlər Nazirliyi ölkədə sirenlərin işə salındığını açıqlayıb. Nazirlik əhalini sakitliyə çağıraraq vətəndaşlardan ən yaxın sığınacaqlara yönəlmələrini istəyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью