Küveyt yeni neft qaz yataqlarının inkişafı üçün qlobal şirkətləri əməkdaşlığa dəvət edir

03.02.2026

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Qahirə, 3 fevral, AZƏRTAC

Küveyt Neft Korporasiyası qlobal neft şirkətlərini dənizdə yeni kəşf edilmiş neft və qaz yataqlarının inkişafında iştiraka dəvət etməyi planlaşdırır.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bunu Küveytin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əs-Sabah bu gün əl-Küveytdə keçirilən Neft-Qaz Konfransında çıxışında deyib.

Baş nazir, həmçinin qeyd edib ki, korporasiya Küveytdə neft boru kəmərləri şəbəkəsi üzrə icarə və geri icarə sazişinin bağlanması məqsədilə beynəlxalq maliyyə qurumları ilə danışıqlar aparır.

Vurğulanıb ki, bu addımlar Küveytin karbohidrogen ehtiyatlarından səmərəli istifadəni artırmaq, qlobal şirkətlərlə tərəfdaşlıqları genişləndirmək və enerji sektorunda inkişaf və investisiya planlarını dəstəkləmək məqsədilə atılır.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью