Küveytdə dövlət qurumu hücuma məruz qaldı Video

08.03.2026

Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Küveytdə Sosial Təminat Qurumunun binasına hücum edildiyi və nəticədə dağıntı olduğu bildirilib.

“Qafqazinfo”nun xəbərinə görə, hücumdan sonra Küveyt Kommunikasiya Mərkəzi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda Sosial Təminat Qurumu binasının hədəfə alındığı və insident nəticəsində obyektə maddi ziyan dəydiyi qeyd olunub.

Hadisə Küveyt Beynəlxalq Hava Limanı ərazisində yerləşən yanacaq anbarlarına edilən hücumlardan sonra baş verib.

Bundan əvvəl Küveyt ordusu hava limanına məxsus yanacaq anbarlarının bəzi pilotsuz uçuş aparatları (dronlar) tərəfindən hədəfə alındığını açıqlamışdı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью