Küveytdə İranın 3 casusu edam edildi

27.10.2026

Axar.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Küveytdə cinayət məhkəməsi baş nazirin müavininə qarşı sui-qəsd planlaşdırmaq, İranla əməkdaşlıq etmək və Hizbullah təşkilatına üzv olmaq ittihamları ilə üç nəfəri ölüm cəzasına məhkum edib.

Axar.az xəbər verir ki, bu barədə AFP mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, ölüm hökmü çıxarılan şəxslər arasında dini xadim, “İslam Milli Alyansı”nın baş katibi Hüseyn Abdullah Matuq da var.

Təqsirləndirilən şəxslərdən biri 2016-cı ildə terror fəaliyyəti ilə əlaqədar məhkum edilib, lakin sonradan Küveyt əmiri tərəfindən əfv olunub. Bu ilin aprelində isə yenidən həbs edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью