Küveytdə narkobizneslə mübarizə

27.08.2026

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Küveyt ölkə tarixində ən böyük narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb. Hüquq-mühafizə orqanları “Lyrica” dərmanının istehsalında istifadə olunan təxminən beş ton toz maddə və dörd milyona yaxın hazır kapsul ələ keçirib. Bunların ümumi dəyəri 150 milyon Küveyt dinarı (təxminən 486 milyon ABŞ dolları) həcmində qiymətləndirilir. "Gulf News"un məlumatına görə, bu barədə Küveytin daxili işlər naziri Şeyx Fəhad Əl-Yusif Əl-Sabah açıqlama verib. Əməliyyat zamanı, həmçinin tərkibi preqabalinə əsaslanan, "Lyrica" dərmanının istehsalı üçün tam təchiz olunmuş bir obyekt, eləcə də kapsulların doldurulması və qablaşdırılması üçün nəzərdə tutulmuş avadanlıq aşkar edilib.

XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью