Küveytdə terrorizmi maliyyələşdirən 38 nəfərin vətəndaşlığı ləğv edilib AZƏRTAC

24.01.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Qahirə, 24 yanvar, AZƏRTAC

Küveytdə terrorizmi maliyyələşdirməkdə təqsirli bilinən 38 nəfərin vətəndaşlığı ləğv edilib.

AZƏRTAC “Al Arabiya” kanalına istinadla xəbər verir ki, vətəndaşlığı ləğv edilmiş şəxslərin “Usud əl-Cəzira” və “əl-Abdali” dəstəsi kimi təşkilatlar vasitəsilə terrorizmin maliyyələşdirilməsində, eləcə də “Hizbullah”ın maliyyələşdirilməsi işində iştirak etdikləri sübuta yetirilib.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью