Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb

03.06.2026

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 3 iyun, AZƏRTAC

Küveyt hakimiyyəti ölkənin hava məkanını qismən açaraq iki milli aviaşirkət - “Jazeera Airways” və “Kuwait Airways”in uçuşlarına icazə verib.

AZƏRTAC TASS-a istinadla xəbər verir ki, digər aviaşirkətlər üçün hava məkanı hələ də bağlı qalır. Qərar beynəlxalq hava limanına dron və raket hücumundan sonra qəbul edilib. Hadisə nəticəsində xəsarət alanlar olub və hava limanına ciddi maddi ziyan dəyib.

Hazırda ölkədə hava nəqliyyatının mərhələli şəkildə bərpası istiqamətində tədbirlər görülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью