futbolpress-az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Fənərbağça”dan ayrılan Dirk Kuyt ölkəsindən təklif alıb.
Futbolpress.az xəbər verir ki, Niderlandın “Utrext” klubu mütəxəssis komandanın baş məşqçi postuna gətirmək istəyir. Bu barədə “Telegraaf” nəşri məlumat yayıb. Tərəflər arasında ilkin danışıqların baş tutduğu qeyd edilib.
Kuyt mövsümün əvvəlində “Fənərbağça”da baş məşqçi İsmail Kartalın köməkçisi təyin edilmişdi. Kartalın ayrılığından sonra müvəqqəti “sükan”da olan mütəxəssislə bir neçə gün əvvəl yollar ayrılıb.
Kuyt daha öncə ölkəsində “Dortrext”, “Den Haaq” kimi klublarda çalışıb.
“Utrext” Niderland çempionatında 12 turdan sonra 12 xalla 14-cü sıradadır.